Qazaxda gənc oğlan bıçaqlanıb

Qazax rayonunda gənc oğlan bıçaqlanıb.

"Report"un əldə etdiyi məlumata görə, hadisə yanvarın 25-də şəhərin Bakı küçəsində qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Mahmudov Qoca İlqar oğlu şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı tanışı, 1997-ci il təvəllüdlü Bayramov Sərxan Teymur oğluna üzərində olan bıçaqla xəsarət yetirib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14