​Qazaxda avtomobil yanıb

Bakı. 22 noyabr. REPORT.AZ/ Axşam saatlarında Qazax rayonunun Ürkməzli kəndində yanğın hadisəsi baş verib.

"Report" xəbər verir ki, nəticədə vətəndaşa məxsus “VAZ” markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları və salon hissəsi qismən yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 19:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər

Xocavənddə traktor minaya düşüb 08 avqust, 2026 / 10:41