Qazaxda avtomobil qəzası olub, xəsarət alanlar var

Qazax rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb mərkəzinin məlumatına görə, hadisə rayonun Canalı kəndində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 5 nəfərə yaxın şəxs xəsarət alıb. Onlar xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14