Qazax rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Yuxarı Salahlı kəndi ərazisində qeydə alınıb.
Belə ki, avtomobil yolu qarşı tərəfə keçmək istəyən Yuxarı Salahlı kənd sakini, 1940-cı il təvəllüdlü Hilal İsmayıl Qızı Aqrahovanı vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.