Qazaxda avtomobil qəzası olub, xəsarət alanlar var 

Qazax rayonunda avtomobil qəzası olub, bir neçə nəfər xəsarət alıb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Kosalar kəndində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1964-cü il təvəllüdlü Sahil Qasımov, 1994-cü il təvəllüdlü Anar Hüseynli və onun həmyaşıdı Qorxmaz Məmmədzadə xəsarət alıb. Onlar Qazax rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər