Qazaxda ağır yol qəzası baş verib, xəsarət alanlar var

Bakı. 17 avqust. REPORT.AZ/ Qazax rayonunda ağır yol qəzası baş verib. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə nəticəsində 5 nəfər xəsarət alıb. 

Yaralılardan ikisi - Telman Şəmmədov və həyat yoldaşı Rəna Şəmmədova Qazax Rayon Müalicə Diaqnostika Mərkəzinə aparılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.   

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47