Qazaxda 69 yaşlı kişi intihar edib

Qazax rayonunda intihar hadisəsi baş verib.

"Report"un Qərb mərkəzinin məlumatına görə, hadisə Xanlıqlar kəndində qeydə alınıb.

Kənd sakini, 1952-ci il təvəllüdlü Tofiq Xəlilov özünü asaraq intihar edib.

Onun xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Faktla bağlı Qazax Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Digər xəbərlər

Xankəndidə ev yanıb 17 iyul, 2026 / 09:45