Qazaxda 38 yaşlı kişi bıçaqlanıb

Qazax şəhərində bıçaqlanma hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərdə yerləşən restoranların birində qeydə alınıb. 

Belə ki, 1981-ci il təvəllüdlü Nizami Məzahir oğlu Rəhimov 2 bıçaq xəsarəti ilə Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə yerləşdirilib. 

Onun kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı isə hələki məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Şamaxıda yenidən zəlzələ olub 28 fevral, 2026 / 02:41