Qazaxda 29 yaşlı oğlan özünə xəsarət yetirib

Qazax şəhərində gənc oğlan kəsici alətlə özünə xəsarət yetirib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Qaçaq Kərəm küçəsində qeydə alınıb. Orada yaşayan B.Əzizov hələlik bilinməyən səbəbdən qoluna kəsici ailətlə xəsarət yetirib.

O, Qazax Rayon Müalicə və Diaqnostika Mərkəzinə aparılıb, vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Qazaxda avtomobil aşıb, ölən var 29 dekabr, 2025 / 12:19