Qazaxda 2 nəfər dəm qazından zəhərlənib

Qazax şəhərində dəm qazından zəhərlənmə qeydə alınıb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin Bakı küçəsində yerləşən mənzillərin birində baş verib.

Qazax rayon sakinləri, 1972-ci il təvəllüdlü Y. Mirəliyev və 1986-cı il təvəllüdlü C. Mirəliyeva dəm qazından zəhərləniblər.

Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Digər xəbərlər

Qaradağda top mərmisi aşkarlanıb 21 yanvar, 2026 / 10:19
Ağsuda zəlzələ olub 21 yanvar, 2026 / 03:19
Yevlaxda beşotaqlı ev yanıb 20 yanvar, 2026 / 12:21