Qaxda sel suları körpünü uçurub, bir kəndlə əlaqə kəsilib - FOTO - VİDEO

Qax. 11 avqust. REPORT.AZ/ Qax rayonuna yağan güclü leysan yağışı bir sıra fəsadlar törədib. 

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Ərdava çayının üzərindəki avtomobil körpüsünü sel aparıb.

Nəticədə Çinarlı kəndininin rayon mərkəzi ilə əlaqəsi kəsilib. 

Qeyd edək ki, həmin körpünü 2011-ci ildə də sel aparmışdı.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47