Qaxda partlayış baş verib, 4 nəfər xəsarət alıb - SİYAHI - ƏLAVƏ OLUNUB

Qaxda partlayış baş verib, xəsarət alanlar var.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, bu gün səhər saatlarında Qax Kommunal Müəssisələri Kombinatının işçiləri şəhər ərazisində torpaq yayan zaman naməlum səbəbdən partlayış baş verib.

Nəticədə xəsarət alan 4 nəfər Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda hadisənin səbəbləri araşdırılır.

*** 

Partlayış nəticəsində xəsarət alanların kimliyi bəlli olub. Bunlar 49 yaşlı Cemali Zeynalaşvili, 26 yaşlı Sardion Daroşvili, 31 yaşlı David Nuroşvili və Beka Papiaşvilidir.

Digər xəbərlər

Astarada zəlzələ olub 19 yanvar, 2026 / 23:26