Qaxda ölümlə nəticələnən yol qəzası baş verib

Bakı. 5 avqust. REPORT.AZ/ Qax rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Report" verir ki, hadisə avqustun 4-də rayonun Ləkit kəndi ərazisində baş verib. Qax rayon sakini Mahmud Mahmudov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və avtomobili aşırıb. 
Nəticədə sürücü M.Mahmudov hadisə yerində ölüb. 
Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.

Digər xəbərlər

Talaçaydan sel keçir 08 iyul, 2026 / 11:03