Bakı. 31 may. REPORT.AZ/ Qax rayonunun Tanqıt kəndi ərazisində Kəlbəcər və Laçın rayonundan olan 15 məcburi köçkün ailəsinin yaşadığı mal-qara fermasında yanğın baş verib.
"Report" xəbər verir ki, yanğın 500 kv. metr ərazini əhatə edib.
Fövqəladə Hallar Nazirliyinin Qax yanğından mühafizə hissəsinin üç yanğınsöndürən maşını və 20-ə yaxın canlı qüvvəsi dərhal hadisə yerinə cəlb olunub və yanğın söndürülüb.
Fermadakı mal-qara yanğından mühafizə olunub.