Bakı. 29 noyabr. REPORT.AZ/ Qax Rayon Polis Şöbəsinə şəhər sakini, ruhi xəstə, 21 yaşlı Zibeydə Əhmədovanın oktyabrın 19-da itkin düşməsi barədə müraciət daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən "Report"a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlərə başlanılıb.
DİN-in Baş Cinayət Axtarışı İdarəsi və Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Əhmədova paytaxtın Nəsimi rayonu ərazisində tapılaraq ailə üzvlərinə təhvil verilib.