​Qaxda ilan sancan qadın dünyasını dəyişib

Bakı. 31 may. REPORT.AZ/ Mayın 29-da Qaxda baş verən ilanvurma hadisəsi sonda ölümlə nəticələnib.

"Report" xəbər verir ki, ot sahəsində işləyərkən ilan sancan 1958-ci il təvəllüdlü yerli sakin Gülmira Qasım qızı Xinqalova vəziyyəti ağır olduğu üçün Bakıya göndərilib.

Buna baxmayaraq 1 Saylı Kliniki Xəstəxananın Toksikologiya şöbəsinə yerləşdirilən 57 yaşlı qadın mayın 30-da dünyasını dəyişib.

Digər xəbərlər

Şəkidə evdə partlayış olub 23 yanvar, 2026 / 09:36