Qaxda güclü yağış nəticəsində evləri su basıb - FOTO - YENİLƏNİB-2 - VİDEO

*** saat 11:31-də xəbərə video əlavə olunub

Qax. 6 may. REPORT.AZ/ Qax rayonuna yağan leysan yağışlar Çüdüllü kəndinə də ziyan vurub.

"Report"un Şimal-Qərb bürosu xəbər verir ki, hazırda dəymiş ziyanın məbləği hesablanır.

Çüdüllü kəndində də şəxsi təsərrüfatlara ziyan dəyib, bir neçə evin həyətyanı sahəsinin divarı aşıb, toyuq-cücələr tələf olub, evlərin zirzəmiləri su ilə dolub. 

*** saat 08:31 

Qax. 6 may. REPORT.AZ/ Gecə saatlarında Qax rayonuna yağan leysan yağışlar fəsadlara səbəb olub.

"Report"un Şimal-Qərb bürosu xəbər verir ki, nəticədə rayonun Marsan kəndindən keçən Qapıçay daşıb və kəndin çox hissəsində həyətləri su basıb.

Yerli təsərrüfata ziyan dəyib.

Digər xəbərlər

Xəzər dənizində zəlzələ olub 10 sentyabr, 2026 / 10:41