Qaxda 43 yaşlı kişi qarğıdalı bitkilərini dərmanlayarkən zəhərlənib

Qax rayonunda 43 yaşlı kişi qarğıdalı bitkilərini dərmanlayarkən zəhərlənib.

“Report”un xəbərinə görə, hadisə avqustun 6-da rayonun Tanqıt kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kənd sakini, 43 yaşlı Fehruz Fərzəliyev qarğıdalı bitkilərini kənd təsərrüfatı təyinatlı dərmanla dərmanlayarkən zəhərlənib. Daha sonra o, xəstəxanaya müraciət edib.

Hazırda Fehruz Fərzəliyevin müalicəsi davam etdirilir.

Digər xəbərlər

Sumqayıtda avtomobil yanıb 10 noyabr, 2026 / 11:23
Qazaxda avtomobil yanıb 10 noyabr, 2026 / 10:37