Qax sakinini elektrik cərəyanı doğum günündə vuraraq öldürüb - YENİLƏNİB - TƏFƏRRÜAT

Qax. 10 oktyabr. REPORT.AZ/ Bu gün Qax rayonunda elektrik cərəyanının vuraraq öldürdüyü gənclə bağlı bəzi təfərrüat məlum olub. 

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, Qax şəhər sakini, 1990-cı il təvəllüdlü Zakir Fikrət oğlu Əhmədov yaşadığı evin həyətində santexnik işləri görərkən ehtiyatsızlığın qurbanı olub.

Belə ki, Z.Əhmədov həyətdə plastmas boruları yapışdıran ütüdən istifadə edib işini yekunlaşdırarkən ehtiyatsızlıq edib. O, bir-neçə yerdən zədəli olan uzadıcı naqilin açıq hissəsinə əllə toxunub. Nəticədə yer nəm olduğundan elektrik cərəyanı onu vuraraq öldürüb.

Qeyd edək ki, Z.Əhmədov 1990-cı il oktyabrın 10-da Qax şəhərində doğulub və bu gün 27 yaşını tamam olurdu.


*** 16:06

Qax rayonunda 27 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürüb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında Qax şəhərində baş verib.

Belə ki, şəhər sakini, 1990-cı il təvəllüdlü Zakir Fikrət oğlu Əhmədov həyətində iş görərkən onu elektrik cərəyanı vurub. O, Qax Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

İsmayıllıda zəlzələ olub 19 oktyabr, 2026 / 12:25
Xəzər dənizində zəlzələ olub 19 oktyabr, 2026 / 11:39