​Qusarda qardaşını öldürən gənc qızın məhkəməsi keçirilib

Bakı. 13 yanvar. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını öldürməkdə təqsirləndirilən Qusar rayon sakini M.N.-in (şərti) cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

"Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən iclasda şahidlər ifadə verib.

Məhkəmənin növbəti prosesi yanvarın 21-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2014-cü ildə Qusar rayonunda baş verib.

İttiham aktına əsasən, M.N. qardaşı N.N.-i (şərti) qətlə yetirib.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47