Bakı. 25 sentyabr. REPORT.AZ/ Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən (DİN) "Report"a daxil olan məlumata görə, hadisə sentyabrın 25-nə keçən gecə Qaraçuxur qəsəbəsində baş verib. Qəsəbə sakini Şahmurad Səmədov münaqişə zəminində həmyerlisi Polad Xasıyevə bıçaqla xəsarət yetirib.
Suraxanı Rayon Polis İdarəsi 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Səmədov tutularaq istintaqa təqdim olunub.
Faktla bağlı araşdırmalar davam edir.