Qaradağda yol qəzasında 5 nəfər ölüb - FOTO

Qaradağ rayonunda ağır yol qəzasında ölən 5 nəfərdən birinin şəxsiyyəti məlum olub. 

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, rayonun Müşfiqabad qəsəbəsi ərazisində "Saipa" və "Opel" markalı avtomobillərin toqquşması ilə baş verən qəza zamanı 5 nəfər ölüb, 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hadisə zamanı "Saipa"nın sürücüsü, 1956-cı il təvəllüdlü Manaf Nüsubət oğlu Yusubov və avtomobildə olan 4 nəfər sərnişin hadisə yerində ölüb. 

Yaralılar:

1984-cü il təvəllüdlü Ramil Gülhəsən oğlu Əliyev,

1991-ci il təvəllüdlü Azər Mürvət oğlu Musazadə. 

Yaralılar Bakıdakı xəstəxanalardan birinə çatdırılıblar. 

Digər xəbərlər

Şahbuzda zəlzələ olub 04 avqust, 2026 / 12:08
İmişlidə zəlzələ olub 03 avqust, 2026 / 22:17