Qaradağda yol qəzasına düşən qadının burnu sınıb

Bakının Qaradağ rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, Lökbatan qəsəbəsində avtomobil yolu keçən 1968-ci il təvəllüdlü Quliyeva Yeganə Musabala qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona burun sümüklərinin sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Binədə qanunsuz tikili sökülüb 28 yanvar, 2026 / 12:38