Qaradağda sürücü qəza törətdi, xəsarət alanlar var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Qaradağ rayonu Ümid qəsəbəsində qeydə alınıb. 

Belə ki, 1958-ci il təvəllüdlü Məmmədov Vəli Məmməd oğlu idarə etdiyi avtomobili, yol kənarındakı maneəyə çırpıb.

Nəticədə avtomobildə olan digər iki sərnişin - 1974-cü il təvəllüdlü Abdullayev İlqar Rəhim oğlu və Ələkbərov Barış Oruc oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Hər 3 şəxsə döş qəfəsinin və yumşaq toxumaların əzilməsi diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır. 

İlqar Abdullayev 

Digər xəbərlər

Sarayda minik avtomobili yanıb 01 mart, 2026 / 19:58
Şamaxıda zəlzələ baş verib 28 fevral, 2026 / 23:26