Qaradağda motosikletlə avtomobil toqquşub, xəsarət alan var

Bakının Qaradağ rayonunda motosikletçinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, 2001-ci il təvəllüdlü Qurbanov Elşən Məzahir oğlu motosikletlə hərəkətdə olarkən idarəetməni itirərək avtomobillə toqquşub.

Hadisə yerində xəsarət alan motosikletin sürücüsü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47