​Qaradağda dənizdə boğulan 2 nəfər xilas edilib

Bakı. 14 avqust. REPORT.AZ/ Bakının Qaradağ rayonunda 2 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib.

"Report" xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olub.

Dərhal xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər.

Digər xəbərlər

Şəkidə evdə partlayış olub 23 yanvar, 2026 / 09:36