Qaradağda borca görə axtarışda olan şəxsin evindən silah-sursat aşkarlanıb

Bakı. 16 avqust. REPORT.AZ/ Bakıda keçmiş məhkumdan silah-sursat götürülüb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Belə ki, Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində borclu şəxs qismində axtarışda olan, əvvəllər məhkum olunmuş Xəyal Zeynalovun Sahil qəsəbəsindəki evinə baxış zamanı kustar üsulla hazırlanmıç 1 ədəd tüfəng, 3 ədəd tüfəng maketi, 2 ədəd bıçaq və 2 ədəd patron götürülüb.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47