Qaradağda bıçaqlanma hadisəsi baş verib

Bakı. 2 dekabr. REPORT.AZ/ Bakının Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu barədə "Report"a Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Bölməsi  əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Lökbatan qəsəbəsində yerləşən ticarət mərkəzində Bakı şəhər sakini Cavanşir Quliyevə bıçaqla ağır bədən xəsarəti yetirməkdə şübhəli bilinən Abşeron rayon sakini, 1992-ci il təvəllüdlü Sənan Novruzov tutulub.

Faktla bağlı araşdırma aparılır.



Digər xəbərlər

Kürdəmirdə 4 otaqlı ev yanıb 09 mart, 2026 / 15:54