Qaradağda 39 yaşlı kişini avtomobil vurdu

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun Sanqaçal qəsəbəsində qeydə alınıb.

Belə ki, 1981-ci il təvəllüdlü Kərimov Ehtiram Qasım oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56