​Qaradağ rayonunda yanğın hadisəsi baş verib

Bakı. 15 fevral. REPORT.AZ/ Axşam saatlarında Bakının Qaradağ rayonunda vətəndaşa məxsus evin həyətyanı sahəsində yanğın baş verib.

"Report" xəbər verir ki, hadisə nəticəsində birotaqlı evin tavanı və dam örtüyü yanıb.

Otağın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Digər xəbərlər