Kürdəmirdə yol qəzası baş verib, xəsarət alan var - VİDEO

Kürdəmir. 25 dekabr. REPORT.AZ/ Kürdəmir rayonunda yol qəzası baş verib.

"Report"un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Kürdəmir-Zərdab yolunun rayonun Söyüdlər kəndindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, Ağcabədi rayon sakini, 1970-ci il təvəllüdlü Etibar Ramiz oğlu Rzayev “Mercedes” markalı avtomobillə Kürdəmir istiqamətində hərəkətdə olarkən qarşıdan gələn Zərdab rayon sakini, I qrup Qarabağ əlili, 1966-cı il təvəllüdlü Elxan Fazil oğlu Bəkirovun idarə etdiyi OKA markalı avtomobillə toqquşub. Nəticədə OKA-nın sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. 

Hadisəyə səbəb kimi yolun həddindən artıq bərbad vəziyyətdə olması göstərilir. 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər