Qara görə ölkədə yol qəzalarında 1 nəfər ölüb, 17 nəfər xəsarət alıb

Əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq ötən gündən indiyədək respublika ərazisində ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı açıqlanıb.

Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenatı Namidan Piriyev “Report”un sorğusuna cavab olaraq bildirib ki, ötən gündən indiyədək ölkə ərazisində ölüm və xəsarətlə nəticələnən 12 yol-nəqliyyat hadisəsi baş verib.

O qeyd edib ki, qəzalar nəticəsində 1 nəfər ölüb, 17 nəfər xəsarət alıb.

Digər xəbərlər

Meyxanaçı Ağakərim dəfn edilib 20 dekabr, 2025 / 11:46