“Qara bazar”da 194 min manatlıq dollar almaq istəyən şəxs dələduzluqla üzləşib

Bakı. 19 avqust. REPORT.AZ/ Bakıda “qara bazar”da ABŞ dolları almaq istəyən şəxs dələduzluqla üzləşib.

“Report”un əldə etdiyi məlumata, 34 yaşlı paytaxt sakini Sabit Altay hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, bu ilin may ayında Lalə adlı şəxs ondan 194 600 manat pulu ABŞ dollarına dəyişmək adı ilə alıb, lakin indiyədək qaytarmayıb.

Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56