Bakı. 9 fevral. REPORT.AZ/ Saatlı rayonunda qanunsuz ov edən şəxs saxlanılıb.
DİN-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən fevralın 8-də qanunsuz ov etdiyi üçün Saatlı rayon sakini Ş.Əsgərov saxlanılıb.
Ondan 1 ədəd nömrəsi silinmiş “İJ-16” markalı tüfəng və ovladığı “Qırmızı kitab”a düşmüş 2 ədəd “Bəzgək” quşu aşkar edilərək götürülüb.
Araşdırma aparılır.