Qadın “OBA market”dən oğurluq etdi

Bakıda marketdə oğurluq hadisəsi baş verib.

“Report”un xəbərinə görə, hadisə aprelin 21-də paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “OBA market”də qeydə alınıb.

Belə ki, naməlum şəxs marketdən ərzaq məhsulları oğurlayıb.

Daha sonra bu barədə polisə məlumat daxil olub.

Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən A.Hüseynova müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərlər