Bakı. 16 mart. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Fərid Əhmədov və Nigar Ağayevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
"Report"un məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı çıxış edib.
Prokuror çıxışında hər iki şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Məhkəmənin növbəti prosesi martın 30-na təyin edilib.
Qeyd edək ki, ittiham aktına əsasən, F.Əhmədov və N.Ağayeva ötən ilin iyunun 10-da Bakı şəhər sakini Səadət Səmədovaya məxsus evdən 3500 manat və 500 avro pul, habelə 50 min manat dəyərində qızıl əşyalar oğurlamaqda təqsirli biliniblər.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki şəxs şübhəli şəxs qismində tutulublar. Daha sonra onların barəsində həbs qətimkan tədbiri seçilib.
F.Əhmədov və N.Ağayeva Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunurlar.
Prokuror Bakıda evdən 50 min manatlıq qızıl oğurlayan şəxslərə cəza istəyib
Digər xəbərlər
Lənkəranda ova gedən kişinin meyiti tapılıb
04 noyabr, 2026 / 21:06
Dövlət sərhədini pozmağa cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
04 noyabr, 2026 / 12:49
Nərimanovda binadakı yanğın söndürülüb, sakinlər təxliyə olunub
04 noyabr, 2026 / 11:22
Ötən gün vətəndaşlardan 5 tüfəng götürülüb
04 noyabr, 2026 / 10:32
İsmayıllıda avtomobil 56 yaşlı kişini vuraraq öldürüb
04 noyabr, 2026 / 10:03
Qaradağda avtomobil 80 yaşlı kişini vuraraq öldürüb
04 noyabr, 2026 / 09:36
Gəncədə 88 yaşlı qadın öldürülüb, hadisəni törətməkdə bacısı oğlu şübhəli bilinir
03 noyabr, 2026 / 22:28
Əli Kərimli və müavininin məhkəməsi başlayıb
03 noyabr, 2026 / 15:24
Şəmkirdə 13 il əvvəl törədilmiş qətl hadisəsinin üstü açılıb
03 noyabr, 2026 / 12:15
Dövlət sərhədində bir ay ərzində yarım tona yaxın narkotik aşkarlanıb
03 noyabr, 2026 / 12:08
Ötən ay saxta pasportla və özgəsinə aid sənədlə sərhədi keçməyə cəhd göstərən 8 nəfər saxlanılıb
03 noyabr, 2026 / 12:08
Ötən ay axtarışda olan 316 nəfər sərhəddə tutulub
03 noyabr, 2026 / 12:06
Dövlət sərhədini pоzduqlarına görə 46 nəfər saxlanılıb, onlardan 40-ı əcnəbidir
03 noyabr, 2026 / 12:04
Dövlət Vergi Xidmətinin vəzifəli şəxsi həbs olunub
03 noyabr, 2026 / 11:00
Şəkidəki kanat qəzasında ölüm faktına görə iki nəfər həbs olunub
02 noyabr, 2026 / 18:30
İrandan Azərbaycana 136 kiloqramdan çox narkotikin keçirilməsinin qarşısı alınıb
02 noyabr, 2026 / 16:45