Bakıda cəza çəkən məhkumların sayı açıqlanıb

Bakıda cəza çəkən məhkumların sayı açıqlanıb.

"Report"un xəbərinə görə, Bakı şəhər Probasiya İdarəsinin rəisi vəzifəsini icra edən Baş ədliyyə müşaviri Namiq İsmayılov jurnalistlərə açıqlamasında bildirib ki, paytaxt üzrə 2 812 nəfər azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza çəkir.

O deyib ki, həmin şəxslərdən 1 233 nəfər azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilərək elektron qolbaq vasitəsilə nəzarətdə saxlanılır: "Həmçinin 139 nəfər cərimə cəzasına məhkum edilib, 27 nəfər islah işlərinə cəlb edilib, 205 nəfər isə cəzadan şərti olaraq vaxtından azad edilənlərdir".

Digər xəbərlər