Bakıda "Prius" piyadanı vuraraq öldürüb

Bakıda "Toyota-Prius" markalı avtomobil piyadanı vuraraq öldürüb.

"Report" xəbər verir ki, Cahangirov Polad Yusif oğlu etibarnamə əsasında idarə etdiyi "Toyota-Prius" markalı avtomobillə Bakıxanov qəsəbəsi istiqamətinə hərəkətdə olarkən "Kaspi" liseyinin qarşısında yolu keçən piyada, 1995-ci il təvəllüdlü Məmmədov Sadiq Rizvan oğlunu ehtiyatsızlıqdan vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.

Digər xəbərlər

Xankəndidə ev yanıb 17 iyul, 2026 / 09:45