Poroşenkoya məxsus şirkətin Bakı filialı Azərbaycan müəssisəsini məhkəməyə verib

Bakı. 19 sentyabr. REPORT.AZ/ Ukraynanın "Roşen" şirkətinin Azərbaycan filialı olan "Azroşen" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) "SAF" çoxsahəli kiçik müəssisəsini məhkəməyə verib.

"Report"un xəbərinə görə, MMC kiçik müəssisədən müqaviləyə əsasən pul tələb edir.

İşə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, Ukraynanın "Roşen" şirkətinin Azərbaycan filialı olan "Azroşen" MMC 2003-cü ildə qeydiyyatdan keçərək öz fəaliyyətinə başlayıb. Şirkət şirniyyat məhsullarının hazırlanması ilə məşğul olur.

"Roşen" şirkətinin sahibi Ukrayna prezidenti Pyotr Poroşenkodur.

Digər xəbərlər

Xalq artisti Zaur Rzayev vəfat edib 29 oktyabr, 2026 / 18:54