Tovuz rayonunda evlərin birində oğurluq hadisəsi baş verib.
Bu barədə Report"un Qərb mərkəzinə DİN-nin mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.
Təhlükəsizilik kamerasından götürülmüş fotoşəkildə görünən şəxs oğurluğu törətməkdə şübhəli bilinir. Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Tovuz Rayon Polis Şöbəsinə və (022) 315-00-34; (055) 333-93-93 şəhər və mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.