Polis partlayıcı oyuncaqlar və pirotexniki məmulatlar aşkarlayıb

Bakıda polis partlayıcı oyuncaqlar və pirotexniki məmulatlar aşkarlayıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının Sabunçu, Nəsimi və Xəzər rayonlarının ərazisində keçirdikləri reydlər nəticəsində ümumilikdə 8530 ədəd yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı oyuncaqlar və pirotexniki məmulatlar aşkar edilərək götürülüb.

Digər xəbərlər