Polis idarəsində şübhəli şəxs damarlarını doğrayıb

Bakı. 5 noyabr. REPORT.AZ/ Bakı şəhəri, Səbail Rayon Polis İdarəsinin Müvəqqəti saxlama təcridxanasında saxlanılan şübhəli şəxs özünə xəsarət yetirib.

“Report” xəbər verir ki, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə saxlanılan 1989-cu il təvəllüdlü Vaqif Novruzov çarpayının dəmir ayaqlarını çıxararaq damarlarını doğrayıb.

Yaralıya lazımı tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47