Pirallahıda yük maşını yaşlı qadını vurub

Bakı. 23 iyun. REPORT.AZ/ Bakının Pirallahı rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, Zirə qəsəbəsi yolunda yük maşını 64 yaşlı Qafarova Rəna Ağəli qızını vurub.

Qadın ayaq nahiyəsindən açıq sınıq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib. Sürücünün izahatı alınıb.

Digər xəbərlər

Sumqayıtda beş avtomobil toqquşub 25 oktyabr, 2026 / 15:56
Gəncədə beşaylıq körpə ölüb 23 oktyabr, 2026 / 19:14