Pirallahıda yeniyetmə velosipeddən yıxılaraq qolunu qırıb

Bakının Pirallahı rayonunda yeniyetmə velosipeddən yıxılaraq qolunu qırıb.

"Report" xəbər verir ki, 2006-cı il təvəllüdlü yerli sakin Həsənov Amin Adil oğlu sol bilək sümüyünün sınığı diaqnozu ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Xəstənin bilək nahiyəsinə gips sarğısı qoyulub.

Ramin Şahbazov

Digər xəbərlər