Ali Məhkəmədə qətldə təqsirləndirilən Zahid Məmiyevin barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
"Report"un xəbərinə görə, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Z.Məmiyevin apellyasiya şikayəti təmin edilməyib.
Qeyd edək ki, Pirallahı qəsəbəsində Nəsir Əkbərovu qətlə yertirən Z.Məmiyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilib.