​Paytaxtın Nizami rayonunda intihara cəhd olub

Bakı. 3 may. REPORT.AZ/ Gecə saatlarında Bakının Nizami rayonunda 1 nəfər şəxs intihar məqsədilə körpünün üzərinə çıxıb.

“Report” xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olub.

Dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən vətəndaşla aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb. İntihara cəhd edən şəxs aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 01:32-də başa çatıb.

Digər xəbərlər

Xırdalanda restoran yanıb 04 sentyabr, 2026 / 09:37