Paytaxtda piyada zolağından keçən kişini maşın vuraraq qaçıb

Bakı. 19 may. REPORT.AZ/ Paytaxtın Binəqədi raoynu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, Sulutəpə qəsəbəsi ərazisində piyada zolağından keçən 44 yaşlı Əliyev Zahidi minik avtomobili vuraraq ərazidən uzaqlaşıb.

Yaralı yaxınlarının köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər

Biləsuvarda toyda bıçaqlanma olub 12 oktyabr, 2026 / 08:47