Paytaxtda orta yaşlı kişi müxtəlif nahiyələrindən bıçaqlanıb

Bakı. 25 dekabr. REPORT.AZ/ Bakının Nəsimi rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, 1983-cü il təvəllüdlü Şailov Rəşad Əliyar oğlu 3-cü mikrorayon dairəsində tanışı ilə mübahisə edərək əlbəyaxa olub.

Nəticədə o, bədənin müxtəlif nahiyələrindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinə məlumat verilib.

Digər xəbərlər