​Paytaxtda motosiklet yanıb

Bakı. 9 aprel. REPORT.AZ/ Gecə saatlarında Bakının Xəzər rayonunda vətəndaşa məxsus qarajın yanar konstruksiyaları və içərisində olan “Dayun“ markalı motosiklet yanıb.

"Report" xəbər verir ki, yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Yanğın saat 00:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər

Lerikdə zəlzələ baş verib 01 avqust, 2026 / 19:37