​Paytaxtda "Mercedes" avtomobili yanıb

Bakı. 28 iyul. REPORT.AZ/ Paytaxtda yanğın hadisəsi baş verib.

"Report" Fövqəladə Hallar Nazirliyinin saytında istinadən xəbər verir ki, hadisə Bakının Xəzər rayonunda qeydə alınıb.

Rayonda vətəndaşa məxsus "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsi və salonu qismən yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğın saat 00:06-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərlər

Qaradağda yük maşını aşıb 17 avqust, 2026 / 10:20